Birinci nəsil iPhone modeli 50 min dollara satılacaq

2 Fevral 2023 23:08

Birinci nəsil iPhone modeli 50 min dollara (85 min AZN) satışa çıxarılacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin iPhone 2 meqapiksellik kamera, 3,5 düymlük ekran və 4-8 GB yaddaşa malikdir.

Cihaz istifadəçilərinə internet və iTunes funksiyalarını da təqdim edir.

Qeyd edək ki, birinci nəsil iPhone modeli 16 il əvvəl istifadəyə verilib.

Milli.Az