Serbiya Azərbaycan qazının nəqli üçün tranzit ölkəyə çevrilə bilər - Nazir

2 Fevral 2023 17:31

Serbiya Azərbaycan qazının nəqli üçün tranzit ölkəyə çevrilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç bu barədə açıqlamasında deyib.

O, Azərbaycan qazının artıq Avropada qaz tədarükü mənbələrinin diversifikasiyası üçün həllin bir hissəsi kimi qəbul olunduğunu, lakin bunun həm də Serbiyaya və bütünlükdə regiona şamil olunduğunu qeyd edib.

Milli.Az