Təyyarədə namaz qılıb, "TikTok"da paylaşdılar - VİDEO

2 Fevral 2023 18:31

Türkiyənin "İsmailağa Camaatı" təriqətindən olduqları bildirilən dindarlar təyyarədə namaz qılmaqları ilə gündəmə gəliblər.

Milli.Az big.az-a istinadən bildirir ki, həmin anı eks etdirən kadrlar "TikTok"da "İman varsa, imkan da var" sözləri ilə paylaşılıb.

İzləyicilərdə bu namazların qəbul olunub-olunmaması ilə bağlı suallar yaranıb.

Bəziləri təyyarənin uçuş halında qiblədən döndüyünü və namazın batil olduğunu iddia ediblər, digərləri təyyarədə namazı oturan halda qılmağın kifayət etdiyini bildiriblər.

Müzakirələrə səbəb olan videonu təqdim edirik.

Milli.Az