Nüsrətin restoranı bomboş qaldı - Qiymətləri görənlər qaçır - VİDEO

2 Fevral 2023 18:09

Özünəməxsus formada duz səpmə hərəkətilə "Salt Bae" ləqəbini alan, dünyanın bir çox yerində restoran açan məşhur türk aşpaz Nüsrət Gökçenin Nyu-Yorkdakı restoranı müştərisiz qalıb.

Milli.Az big.az-a istinadən bildirir ki, həmin məkandan görüntülər "TikTok" sosial şəbəkəsində yerləşdirilib.

Videonu dərc edən Simon Metin adlı ingiltərəli bloqer bu boşluğun restorandakı kosmik qiymətlərlə bağlı olduğunu bildirib:

"Gözlərim məni aldadır? Bu qiymətlər real ola bilməz! Menyudakı salatların qiyməti 35 dollardan 85 dollaradək olduğu halda, ətlərin qiyməti də ağızları açıq qoyur. Menyudakı ətin qiyməti 100-1190 dollar arasında dəyişir. Bu məbləğ sifariş verdiyiniz ətin həqiqi qızılla örtülüb-örtülməməsindən asılıdır. Ən bahalı yemək isə 24 karat qızılla örtlmüş "vwagyu tomahawk" bifşteykidir ".

Milli.Az