IX “Gəncliyin səsi” festivalının ilk konserti Beynəlxalq Muğam Mərkəzində təqdim olundu

2 Fevral 2023 17:10

1-8 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX "Gəncliyin səsi" festivalının ilk konserti Beynəlxalq Muğam Mərkəzində təşkil olundu. VIII "Muğam" Televiziya Müsabiqəsi qaliblərinin iştirakı ilə baş tutan konsert gəncliyin ruhuna uyğun rəngarəng proqramla tərtib edildi. Konsert proqramından əvvəl ölkəmizdə Gənclər Gününün təsis edilməsi və "Gəncliyin səsi" festivalı haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki,  2 fevral Azərbaycan Gəncləri Günüdür. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Artıq ənənəyə çevrilən "Gəncliyin səsi" festivalı isə yaradıcı gənclərin istedadının üzrə çıxarılması vətanıdılmasına töhfələrini verməkdədir.

Gənc xanəndələrin təqdim etdikləri konsert xalq mahnıları, təsniflər, bəstəkar mahnılarından ibarət idi. Ənənəvi milli duetlər, vətənpərvərlik ruhlu ifalar festivalın ilk konsertinə xüsusi əhval bəxş etdi.

Milli.Az