Azərbaycan-Moldova iqtisadi əlaqələri genişlənir - FOTO

2 Fevral 2023 15:51

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb. Qeyd olunub ki, sənaye, investisiya, ticarət, aqrar və digər istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün böyük imkanlar var.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Milli.Az