Eyyub Yaqubov tam fərqli bir solo-konsertinə dəvət edir

2 Fevral 2023 13:08

Eyyub Yaqubov və "Big Band Sound Pro" çox saylı istəkləri nəzərə alaraq yenidən, tam fərqli bir solo-konsertinə dəvət edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxtımızda yaradılan möhtəşəm "Big Band Sound Pro" müşaiyəti ilə respublikanın xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və orkestrın bədii rəhbəri Fuad Musayev konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, musiqili gecə, 15-16 fevral, saat 20:00 Heydər Əliyev sarayında baş tutacaq.

Xatırladaq ki, ötən ildə Eyyub Yaqubov, Cavan Zeynallı və Fuad Musayev, "Big Band Sound Pro" -in iştirakı ilə DTX Mədəniyyət Evində iki gün, Heydər Əliyev Sarayında dörd gün, Gəncə Filarmoniyasının səhnəsində bir gün, Yaşıl Teatrda iki gün və Sea Breaze səhnəsində bir günlük möhtəşəm konsert proqramı ilə çıxış etmişdilər.

Biletlər https://iticket.az/ru/events/concert/eyyub-yaqubov-ve-big-band-sound-pro və şəhərin kassalarında.

Ətraflı məlumat:+994124933377

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az