Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

2 Fevral 2023 11:23

Fevral ayının 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.

Gecədə bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin  rəhbərliyi ilə solist Günel Kazımova (piano) çıxış edəcək.

Proqramda V.A.Motsartın D-dur, op.504, №38 (Praqa) Simfoniyası və İ.Bramsın Piano və orkestr üçün d-moll, op.15, № 1 Konserti səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az