Naxçıvan Universitetinə yeni rektor təyin edildi

2 Fevral 2023 17:30

Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan Anar Kazımov Naxçıvan Universiteti təsisçisinin qərarı ilə bu vəzifəyə gətirilib və bu gün kollektivə təqdim edilib.

Dosent Anar Kazımov bu təyinatdan əvvəl Dövlət İqtisad Universitetində çalışırdı.

Milli.Az