Xatirə bahalı doğum günü hədiyyələrini nümayiş etdirdi - VİDEO

2 Fevral 2023 16:40

Bir neçə gün əvvəl paytaxt restoranlarının birində həm səhnə alan, həm də doğum gününü qeyd edən müğənni Xatirə İslam aldığı hədiyyələrini nümayiş etdirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi yaxınları tərəfindən aldığı bahalı və dəbdəbəli hədiyyələrini bir-bir açaraq, izləyicilərinə göstərib.

Həmin anları isə o lentə alaraq, sosial şəbəkə hesabında paylaşıb.

Onlarla hədiyyəni Xatirə bir araya toplayıb. Hədiyyələr arasında "Hermes", "Burberry" və "Fendi" markalarından çanta, "Armani Exchange"dən ağ rəngdə idman ayaqqabısı, və dəri qısa gödəkçə,  lüks zinət əşyaları, parfümlər, "Guess"dən pul kisəsi və "İphone 14 pro max" telefonu olub.

Milli.Az