Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əl-ayağını bağlayıb, qızını zorladı

2 Fevral 2023 10:39

Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub. 

Milli.Az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. 

O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.

Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Milli.Az