“Barselona”dan növbəti qələbə - VİDEO

2 Fevral 2023 12:22

İspaniya La Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, günün yeganə matçında lider "Barselona" səfərdə "Betis"lə qarşılaşıb.

Kataloniya təmsilçisi bu oyunda növbəti qələbəsini rəsmiləşdirib. Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Barselona" əsas izləyicisi "Real"ı 8 xal qabaqlayır. Amma Madrid təmsilçisinin də təxirə salınmış bir oyunu var.

İspaniya La Liqası
17-ci turun oyunu
2 fevral

Betis - Barselona 1:2
Qol: Kunde, 85-öz qapısına - Rafinya, 65. Levandovski, 80.

Milli.Az