Məşhur meyxanaçı Rusiyaya uçan təyyarədə HƏYƏCANLI ANLAR YAŞATDI - Pilotun köməkçisi gəlməsəydi ... - FOTO

2 Fevral 2023 09:57

"Mən təyyarədən qorxan adamam, minmirəm ki".

Milli.Az xəbər verir ki, bunu "Həmin Zaur" verlişində qonaq olan tanınmış meyxanaçı Rüfət Nasosnu deyib.

Meyxanaçı bildirib ki, stüradessa və pilot köməkçisinin yardımı ilə onun başını qatmaq mümkün olub:

"Rusiyaya, ora-bura toylara çağıranda da getmirəm. Mən bu yaxında - sentyabr ayında Yessentukiyə dincəlməyə getdim, necə getdim, onu bir Allah bilir. Mindim təyyarəyə, güya özümü hazırladım "Rüfət sən gedəcəksən, heç bir şey yoxdur". Təyyarə qalxdı, nə bilim ta... Gördüm yox e, xeyri yoxdur. Sağ olsun stüardessa, sərnişinlər, köməklik etdilər. Təyyarədə stüardessanın yerinə apardılar, pilotun köməkçisi gəldi, ta Yessentukiyəcən danışdıq, söhbət etdik. Qayıdanda camaat dincəlir, kef edir, mən ancaq stressdəyəm. Quru sərhədlərlə gəlmək üçün də kimə müraciət etdim, xeyri olmadı". 

Məhəmməd Vaqif
Milli.Az