Məşhur meyxanaçının səhhətində problem yarandı

2 Fevral 2023 11:49

Məşhur meyxanaçı Rüfət Nasosnunun (Kərimov) səhhətində problem yaranıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Həmin Zaur" verilişində qonaq olarkən deyib.

"Ciyərlərim ağrıyır. Bu yaxınlarda MRT-də (Maqnit rezonans tomoqrafiya - red.) olmuşam. Müəyyən problemlər var. 6-cı mərtəbədə yaşayıram. Lift işləməsə, qalxa bilmirəm. Zəng edirəm, gəlib düzəldirlər. Düşəndə düşürəm, amma çıxa bilmirəm", - deyə, Rüfət qeyd edib.

Milli.Az