34 yaşlı yutuberin çılpaq meyiti tapıldı

2 Fevral 2023 20:31

Amerikalı yutuber Leo Reks (əsl adı Light Abdallah Algaz) 34 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yutuberin cəsədi polis tərəfindən qarət edilmiş mənzilində aşkarlanıb. Polisin verdiyi məlumata görə, onun cəsədi demək olar ki, tamamilə çılpaq, bədənində qan və qançırlar olub. Bundan başqa, mənzildə narkotik də tapılıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, yutuberin platformadakı kanalında 123 minə yaxın abunəçisi olub.

Milli.Az