Azər Zahid: “Gecəyə iki milyon jeton qazanmışdım”

2 Fevral 2023 15:20

"Azərbaycanda bir nəfər peşmandır ki, nəsə bir iş görsün. Bir dönərxana açsaz, qısa zaman sonra görəcəksiniz ki, ətrafınızda dönərxanalar açılır".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Azər Zahid Baku TV-yə açıqlaması zamanı deyib.

O, son zamanlar verilişinin bağlanması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Bu platforma belə bir yerdir ki, burada kiminsə canlısını bağlamaq mümkün deyil. Mən profili özüm deaktiv etmişəm".

A.Zahid layihə başlayan zaman bir gecəyə 2 milyon jeton qazadığını bildirib.

"2 milyon jeton 10 min dollar edir".

Milli.Az