Britaniya Ukraynaya qoşun göndərə bilərmi?

2 Fevral 2023 08:48

Böyük Britaniya hökuməti Ukraynaya qoşun göndərməyi planlaşdırmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniya Baş naziri Rişi Sunakın nümayəndəsi deyib.

"Britaniya qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı heç bir plan yoxdur", - deyə o bildirib.

Britaniya rəsmisi əlavə edib ki, hökumət Ukraynaya silah göndərməkdə davam edəcək.

Milli.Az