Ərdoğan: Qanuna uyğundur, namizəd ola bilərəm!

1 Fevral 2023 23:45

Yenidən namizədlik qarşısında heç bir maneə qalmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də canlı yayımda sualları cavablandırarkən deyib.

"Hüquqa da, konstitusiyaya da uyğundur. Bunlar seçk qutusundan ümidini kəsənlərin baş vurduğu "suyu bulandırma" cəhdləridir", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ərdoğan seçkilərdə vahid namizəd olacağı mesajını verib.

Milli.Az