ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bir sıra fiziki və hüquqi şəxslər qara siyahıya salınıb. Yeni məhdudiyyətlər bir neçə ölkədə Rusiyaya əvvəlki sanksiyalardan yayınmağa kömək edən 22 fiziki və hüquqi şəxsi hədəf alır.
"Rusiyanın ABŞ sanksiyalarından yan keçmək üçün marionetlərdən istifadə etmək cəhdləri göstərir ki, sanksiyalar Rusiya hərbi sənaye kompleksinə Putinin hərbi maşınının tədarükünü bərpa etməyi xeyli çətinləşdirib və bahalaşdırıb", - maliyyə nazirinin müavini Valli Adeyemo bildirib.
Bundan əlavə, Bolqarıstan, İsrail, Kipr, Latviya və Sinqapurdan olan bir sıra təşkilatlar qara siyahıya daxil edilib.
Milli.Az