FTB Baydenin evində axtarış aparır

1 Fevral 2023 20:50

ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ölkə Prezidenti Cozef Baydenin Delaver ştatının Rebohot Biç şəhərindəki şəxsi evində məxfi sənədlərin saxlanması işi çərçivəsində axtarış aparır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

"Bu gün Prezidentin tam razılığı və əməkdaşlığı ilə Ədliyyə Nazirliyi onun Delaver ştatının Rebohot şəhərindəki evində planlı axtarış aparır", - telekanal C.Baydenin vəkili Bob Bauerdən sitat gətirib.

Milli.Az