Azərbaycanlı və erməni idmançı sülh bağladı
14 May 2010 10:43
Rusiyanın Həştərxan şəhərində FİDE Qran-prisi davam edir. Yarışda artıq IV turun görüşləri arxada qalıb. Bu tur təmsilçilərimizdən heç biri qələbə qazana bilməyib.
Qran-prinin reytinq favoriti olan Şəhriyar Məmmədyarov erməni rəqibi Vladimir Akopyanla heç-heçə oynayıb.
Görüşün 20-ci gedişindən sonra Şəhriyar Məmmədyarovun rəqibinə nisbətən 2 fil üstünlüyü olsa da təmsilçimiz bu amili inkişaf etdirə bilməyərək heç-heçəyə razılaşıb.
Turnirin liderlərindən olan Vüqar Həşimov isə rusiyalı Pavel Elyanovla görüşdə sülh bağlayıb. Digər təmsilçimiz Teymur Rəcəbov isə rusiyalı Pyotr Svidlerlə qarşılaşmadan yarım xalla ayrılıb.
Xatırladaq ki, Həştərxan Qran-prisində V turun oyunları bu gün baş tutacaq. Vüqar Həşomov erməni şahmatçı Vladimir Akopyanı məğlub edərək liderliyini möhkəmlətməyə çalışacaq. Teymur Rəcəbov macarıstanlı Petr Leko, Şəhriyar Məmmədyarov isə Pyotr Svidlerlə üz-üzə gələcək.
/ANS Press/