Bu türk dövləti ən yaxşı şahmat ölkəsi kimi tanındı

1 Fevral 2023 17:40

Özbəkistan ən yaxşı şahmat ölkəsi kimi tanınıb.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bunu Özbəkistan gənclər siyasəti və idman nazirinin birinci müavini Əlişir Sədullayev deyib.

"Niderland krallığında bir gün əvvəl başa çatan "Tata Steel Chess - 2023" yarışının startından sonra özbəklər Nadirbek Abdusattarov və Cəvahir Sindorov "Tour d'or" mükafatını - "Qızıl qülləni" aldılar. Bu, mükafat ənənəvi olaraq ilin ən yaxşı şahmat ölkəsinə verilir", - o bildirib.

Milli.Az