Nazir İnterpolun Bakı mərkəzinə yeni rəis təyin etdi

1 Fevral 2023 16:16

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov gətirilib.

Məlumatı DİN Mətbuat Xidmətinin Şöbə rəisi Elşad Hacıyev saytımıza təsdiq edib.

Milli.Az