Zakir Həsənov Türkiyəyə səfər edəcək

1 Fevral 2023 09:29

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, nazir türkiyəli həmkarı ilə birlikdə Türkiyənin Qars əyalətində keçirilən "Qış-2023" hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan "Qış-2023" hərbi təlimlərində Azərbaycandan və digər 16 ölkədən hərbçilər iştirak edir. Fevralın 2-i təlimlərin son və əsas günüdür.

Milli.Az