Antalyada qolf topu böyüklüyündə dolu yağıb - VİDEO

1 Fevral 2023 12:10

Yanvarın 31-də səhər saatlarında Türkiyənin cənubunda yerləşən Antalya şəhərinə dolu yağıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yağan dolunun qolf topu böyüklüyündə olduğu bildirilir.

Nəticədə sürücülər avtomobillərinə zərər dəyməsin deyə maşınlarını yaxınlıqdakı yeraltı dayanacaqlarda və ya yanacaqdoldurma məntəqələrində saxlamaq məcburiyyətində qalıblar.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az