Rusiya Suma raket zərbəsi endirdi: yaralılar var

1 Fevral 2023 07:57

Rusiya Ukraynanın Sum rayonunda dövlət müəssisələrindən birinə raket zərbəsi endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Pivniç" əməliyyat komandanlığının məlumatında bildirilib.

Raket zərbəsi nəticəsində iki mülki şəxsin yaralandığı bildirilib:

"Müəyyən edilib ki, raket sənaye binasına düşüb, dam örtüyünə, tavana, pəncərələrə ziyan dəyib".

Milli.Az