Sabiq prezident viza üçün ABŞ-yə müraciət edib

1 Fevral 2023 07:52

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru altı aylıq ABŞ vizası üçün müraciət edib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Bolsonarunun vəkili Felipe Aleksandr bildirib.

"Məncə Florida onun evdən uzaqda müvəqqəti yaşayış məskəni olacaq", - o nəşrə deyib.

Nəşr qeyd edib ki, hüquqşünas eks-prezidentə müraciətə baxılma müddətində ABŞ-ni tərk etməməyi tövsiyə edib.

Qeyd edək ki, Bolsonaru 2022-ci il dekabrın sonunda seçkilərdə məğlub olduqdan sonra ABŞ-yə gedib.

Milli.Az