Almaniya kovid peyvəndinə görə təzminat ödəməyə başlayıb

31 Yanvar 2023 22:35

Koronavirusa qarşı vaksinlərin yaratdığı yan təsirlərə görə Almaniyada 253 nəfər təzminat alacaq.
"Medicina" xəbər verir ki, Almaniyada koronavirusa qarşı vaksinlərin yaratdığı ağır yan təsirlərə görə edilən təzminat müraciətlərindən 253-ün haqqında müsbət qərar verilib.

Bildirilir ki, hələ minlərlə ərizə isə öz təsdiqini gözləyir.

Xəstələrdə peyvənddən sonra ürək-damar əzələlərinin iltihabı, dərin vena trombozu və bir sıra nevroloji xəstəliklər müşahidə olunub.

Milli.Az