Bakının mərkəzində yerləşən kafedə qanlı hadisə

14 May 2010 10:29
Hadisə Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu gün saat 07:00 radələrində Rəsul Rza küçəsi 105-də yerləşən kafedə 25 yaşlı Valeh Məmmədəliyev bıçaqla qətlə yetirilib. Mərhum bıçaq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətllə bağlı Arif Tarıverdiyev şübhəli şəxs qimində saxlanılıb. Qətl mübahisə zəminində törədilib.  Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

Anar Məmmədov
Milli.Az