Avropa Azərbaycan Məktəbində “Beynəlxalq Darı İli”nə həsr olunmuş tədbir keçirildi

31 Yanvar 2023 15:30

Hindistan hökumətinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası (UNGA) 2023-cü ili "Beynəlxalq Darı İli" (IYM) elan etmişdir. Bəyannamənin qəbul olunmasında əsas məqsəd darı istehsalı və istehlakını artırmaqdan və bu sahədə marrifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Baş nazir Narendra Modi "Beynəlxalq Darı İli 2023"ü "Xalq Hərəkatı"na çevirməyi və Hindistanı "Ümumdünya Darı Mərkəzi" kimi formalaşdırmağıqarşısına hədəf qoymuşdur.

Darı nümunələri Hindistanda ilk becərilən məhsullar arasında idi və qədim Hind sivilizasiyası dövründə istehlak olunmasına dair müəyyən sübutlar var.

2023-cü ilin Yanvar ayında Hindistan Səfirliyi Azərbaycanda yerli palatalar, fud bloqqerlər, qida ləvazimatları idxalçıları, yerli restoranlar və digər qurumlar ilə B2B görüş fəaliyyətləri təşkil edir.

Həmçinin, bəyannaməyə uyğun olaraq Hindistanın Azərbaycandakı Səfirliyi darıdan hazırlanmış təamların təqdimatına həsr olunmuş bir sıra tədbirlər təşkil edir.

Bu tədbirlərdən biri də Avropa Azərbaycan Məktəbində təşkil edilmişdir. Hindistan Səfirliyi darıdan hazırlanmış müxtəlif qida və yeməklər təqdim etdi. Məktəb icması-müəllimlər və şagirdlər darıdan hazırlanmış qidalardan dadaraq təamlar ilə tanış oldular. Dəftərxana Müdiri, Mədəniyyət və Konsulluq işləri üzrə İkinci katib Ajay Kumar Pandey BDİ-nin məqsədi, darı məmulatlarının faydası və əhəmiyyəti haqqında danışaraq auditoriyanı məlumatlandırdı.

Cənab Kumar maarifləndirmə apararaqgündəlik qida rasionunda darı məmulatlarının istifadəsinin faydaları haqqında şagirdlərin suallarını cavablandırdı.

Tədbir məktəb icması tərəfindən maraqla qarşılandı və hamı yaxşı vaxt keçirdi. 

Sonda məktəb rəhbərliyi, müəllim və şagird heyəti Hindistan Səfirliyinin nümayəndələri ilə birgə xatirə şəkli çəkdirdi.