Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir

31 Yanvar 2023 12:41

Bakıda İranın daha bir casus şəbəkəsinə qarşı əməliyyat keçirilir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, İran xüsusi xidmət orqanları Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunmasına, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsinə səy göstərir. Eləcə də, Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlamağa çalışır. Sözügedən istiqamətlərdə kompleks araşdırma tədbirləri həyata keçirilir. 

Əməliyyat-istintaq tədbirləri nəticəsində, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz birləşmələr ifşa edilir.

Milli.Az