Nazir və köməkçiləri təyyarə qəzasında həlak oldular
14 May 2010 10:17
Milli.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, Amazonas ştatında baş vermiş qəzada 6 nəfər həlak olub. İkimühərrikli təyyarənin hələ məlum olmayan səbəbdən qəzaya uğraması nəticəsində ölənlər arasında ştatın təhsil naziri Sintiya Rejiya Qomis və onun köməkçiləri də var. Hadisə ilə əlaqədar Amazonasda matəm elan olunub.
Milli.Az