Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:54-də İsmayıllı stansiyasından 20 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Mərkəzindən bildirilib.
Zəlzələnin maqnitudası 3,8 bal, dərinliyi 13 km olub.
Milli.Az