“Bəlkə də oğlumu snayperlə vuran şəxs fars olub” - Xalq artisti

31 Yanvar 2023 07:15

"Mənim oğlum baş leytenant idi, Şuşada qəhrəmancasına şəhid olub".

Bu sözləri İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi zamanı Xalq artisti Əli Nuri deyib.

Xalq artisti oğlu Rövşənin yoldaşlarının ona, Şuşanı azad edərkən 10-a qədər İran vətəndaşı olan snayperi məhv etdiklərini bildiriblər:

"Bəlkə də, Rövşəni yaxın məsafədən snayperlə vuran şəxs fars nümayəndəsi olub".

Milli.Az