Bakiyev tərəfdarları mitinqə hazırlaşır

14 May 2010 10:26
Milli.Az 24.kg saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək mitinqdə minlərlə adamın iştirakı gözlənilir. "Biz aksiyaya təxminən 10 min insanın toplaşacağını gözləyirik", - deyə sabiq dövlət başçısının hüquqlarını müdafiə komitəsinin rəhbəri Janara Moldokulova bildirib. O, artıq Bakiyev tərəfdarlarının bütün regionlardan Cələlabada axınının başlandığını söyləyib.

Xatırladaq ki, dünəndən etibarən Cələlabad, Oş və Batke şəhərlərində Bakiyev tərəfdarlarının nümayişləri başlanıb. Hər üç şəhərin vilayət administrasiyasının binası ələ keçirilib. Müvəqqəti hökumət bunu qiyam kimi qiymətləndirib. Artıq müdafiə naziri səlahiyyətlərinin icraçısı Oşdadır. O, burada asayişi bərpa etmək üçün işlər aparır.

Milli.Az