Haaqada Ermənistanın vurduğu ziyan göstərildi

30 Yanvar 2023 23:20

Azərbaycan tərəfi bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nəticəsində Azərbaycanın ekologiyasına vurduğu böyük ziyanı açıq şəkildə nümayiş etdirib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev Tvitter hesabında yazıb.

O qeyd edib ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.

Milli.Az