Qəza baş verib, ölən və yaralananlar var - FOTO

30 Yanvar 2023 22:39

22:39

Avtomobil qəzasında xəsarət alan Sabirabad rayonunun Balakənd kənd sakini, 1991-ci il təvəllüdlü Xanəliyev İsrail Xanlar oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

Milli.Az APA-ya istinadən bildirir ki, onun əmisi oğlu, Xanəliyev Sərraf Adil oğlu və daha bir qohumu xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib.

----------

21:50

Sabirabadda ölümlə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Saatlı-Sabirabad magistralında qeydə alınıb.

Yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az