İran İsraili hədələdi: Güc tətbiq etməliyik!

30 Yanvar 2023 22:24

Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırmağa məcbur etmək üçün yeganə yol gücdən istifadədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.

Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin 17-ci sessiyası çərçivəsində Əlcəzair Məclisinin sədri İbrahim Buqali ilə görüşən Qalibaf İsrailin ancaq güc dili ilə anladığı üçün bu rejimə qarşı hərəkətə keçmək lazım olduğunu bildirib:

"Sionist rejimi müsəlmanlara və islam ölkələrinin ərazilərinə qarşı təcavüzünü dayandırmağa məcbur etməliyik".

Milli.Az