Rus ordusunun üç komanda məntəqəsi vuruldu

30 Yanvar 2023 22:10

Ukrayna Müdafiə Qüvvələri rus ordusunun üç komanda məntəqəsini və iki silah-sursat anbarını vurub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə dörd zərbə endirib", - Baş Qərargah qeyd edib.

Milli.Az