Sentyabr döyüşlərində məhv edilmiş erməni əsgəri ilə bağlı proses başladı

30 Yanvar 2023 21:16

Yanvarın 27-də Azərbaycan tərəfindən Ermənistan tərəfinə təhvil verilən erməni əsgərin meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-genetik ekspertizası təyin edilib və şəxsiyyətin müəyyən edilməsi prosesi davam edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə Ermənistanın mediası İstintaq Komitəsinin sədrinin mətbuat katibi Qor Abramyana istinadən xəbər yayıb.

Azərbaycan yanvarın 27-də 2022-ci il sentyabrın 13-14-dəki döyüşlərdə məhv edilmiş erməni əsgərin meyitini Ermənistan tərəfinə təhvil verib.

Milli.Az