Pikenin yeni sevgilisindən uşağı olacaq?

30 Yanvar 2023 20:29

Dünya şöhrətli müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike ilə bağlı növbəti iddia ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  Pikenin yeni sevgilisi Klara Çianın hamilə olduğu iddia edilib. Belə ki, ispan jurnalistlər cütlüyü aptekdə hamiləlik testi aldıqlarını iddia edib.

Maraqlı məqamlardan biri isə şübhələrin Pike ilə Klaranın ilk görüntüləndiyi fotodan bəri olmasıdır. Sözügedən şəkildə də Klaranın qarnının şiş olduğu diqqət çəkib.

Qeyd edək ki, Pikenin xəyanətinə qədər o Şakira ilə 11 münasibətdə olub. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Milli.Az