İranda rejimin ƏCƏL ZƏNGİ ÇALINIR - Bakıdan sərt reaksiya: TEZLİKLƏ ...

30 Yanvar 2023 17:20

Azərbaycanın ölkə xaricində istənilən diplomatik korpusu Azərbaycan ərazisinin özü deməkdir. İki gün əvvəl Tehrandakı səfirlik binamıza edilən terror hücumu dolayısı ilə Azərbaycan ərazisinə edilmiş bir hücumdur. 

Hadisədən dərhal sonra İran polisinin çox gülünc ehtimallarla çıxışı deməyə əsas yaratdı ki, Azərbaycana qarşı bu təhdid planı uzun zaman idi hazırlanırdı və terrorun arxasında Tehranın hüquq-mühafizə orqanlarının dediyi kimi "ailə-məişət" məsələsi yox, elə məhz Bakı eskalasiyaya çəkməkdir. Çünki ilkin araşdırma belə aparılmadan İran polisinin bu cür bəyanatlarla ard-arda çıxış etməsi, o azmış kimi XİN rəhbərləri Abdullahianın da məsələyə bu bucaqdan yanaşması Tehran rəsmilərinin eyni ssenarini oxuduqlarından və ona əsasən hərəkət etdiklərindən xəbər verir.

Kadrlar da təsdiq edir ki, terrorçu səfirliyə gün ərzində dəfələrlə hücum edib, qapısını sındırmağa çalışıb, avtomatla atəş açıb, "molotov kokteyli" atıb. Ortada bu qədər dəlil-sübutlar, nəzərəçarpan cəhdlər varkən İran polisi niyə əvvəlcədən müdaxilə barədə heçnə düşünməyib?

Teraktdan sonra Bakıya edilən zənglər, yaralıların ziyarəti, Azərbaycanla münasibətlərin pozulmasını istəmədikləri görüntüsü yaratmaları kimi hoqqabazlıq da elə ancaq molla-rejiminin dəsti-xətti ola bilər. 

Terror sonrası İran tərəfinin ziddiyyətli açıqlamaları da molla rejimini ələ verdi. Öncə övladlarının yanında olduğu ilə bağlı dezinformasiyanı ictimailəşdirərək terror əməlinə "məişət hadisəsi" görüntüsü yaratmağa çalışdılar, ardınca bu teraktın üçüncü qüvvələr tərəfindən törədilərək "Bakı ilə Tehranın dostluğuna zərbə" görüntüsünü ön plana çıxararaq özünü hədəf taxtası olmaqdan yayındırmağa çalışdı. Amma nə fayda ...

Çünki Tehran bunun məhz onun başının altından çıxan bir ssenari olduğunu təsdiq edən əməllərindən əl çəkmədi. İran molla-fars rejiminin sərhədsiz ləyaqətsizliyini sübut edən hadisələrdən biri terrorçunu kamerada dindirmək əvəzinə ona efir imkanı verməkləri oldu. 

Tehranın cavabı isə Bakını heç qane etmir. Azərbaycana artıq hər şey gün kimi aydındır, bütün kartlar açıldı. Rəsmi Bakı Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə əlaqədar İrana ən sərt reaksiyanı da artıq verdi. Belə ki, İrandakı səfirliyimiz diplomatik fəaliyyətini tamamilə dayandırıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiqləyib. 

Amma Azərbaycanın İranın məkirli oyununa cavabı bununla da yekunlaşmaya bilər. İran molla-fars rejimi terror əməlinə bu adın verilməməsi üçün əlindən gələni etməyə çalışsa da bu hücum terror hadisəsindən başqa bir şey deyil. Buna görə məsuliyyəti birbaşa olaraq İran molla-fars rejimi daşıyır.

Nəzərə alsaq ki, hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə SEPAH-ın Azərbaycan qanadı "Huseynuyun" təşkilatı ilə əlaqəli olduğuyla bağlı önəmli faktlar mövcuddur, du nüasnlar rəsmi Bakının daha radikal addım atıb SEPAH və onun Azərbaycan qanadı olan "Huseynuyu" terror təşkilatı elan etməsi üçün ciddi əsaslar yaratmış olur. 

Belə görünür ki, bu gün daxildə ciddi xaosun hökm sürdüyü İranın molla-fars rejiminin sonunu həmin iğtişaşlardan daha çox Azərbaycan diplomatlarına qarşı törədilən terror əməli gətirəcək. Ermənistana 600 pulsuz raketi bağışlayan molla rejimi heç vaxt İslam dəyərlərindən, müsəlmaçılıqdan danışa bilməz. İslamın düşmənini kənarda axtarmağa gərək qalmır, çünki bütün bu dəyərləri məhv edən, gözdən salan əməllərin altından İran çıxır.

Ermənini silahlandırmaq daha çox müsəlmanı qətlə yetirmək üçün atılan addımdan başqa bir şey deyil. Terror hadisəsi fonunda lənətlənmiş molla rejiminin diqqəti xain terakt aksiyasından yayındırmaq üçün Tehranda "artsax blokadadan çıxarılsın" şüarı ilə aksiya təşkil etməsi İranın nə qədər təhlükəli sulardı üzdüyünü bir daha göstərir. Amma İsrailin cənubumuzdakı hərbi obyektləri bir gecədə hədəf alaraq çox rahatlıqla alt-üst etməsi deməyə əsas verir ki, artıq mollabaşlar üçün sonun başlanğıcına start verildi. 

Təhməz Əsədov
Milli.Az