Maliyyə naziri Azərbaycanın xarici borcundan danışdı

30 Yanvar 2023 19:49

Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin geniş kollegiya iclasında maliyyə naziri Samir Şərifov deyib.

2022-ci ilin həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olduğunu deyən S.Şərifov bu işlərin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənən "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" sənədi əsasında həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib.

Milli.Az