Ötən illərin mahnıları və onlara çəkilən maraqlı kliplər "Köhnə TV"də - VİDEO

30 Yanvar 2023 17:19

Yeni mövsümdən Mədəniyyət TV "Köhnə televizor" adlı yeni layihəsini təqdim edir. Ayda iki dəfə yayımlanan verilirşdə XX əsrin sonlarında XXI əsrin əvvələrində çəkilən köhnə kliplər haqqında söhbət açılır.

Yanvarın 28-də yayımlanan verilişdə kliplərin nə üçün çəkildiyindən, Aygün Kazımovanın 2001-ci ildə "Tez gəl" mahnısına çəkdirdiyi klipin yaranma tarixçəsindən söhbət açıldı. Zülfiyyə Xanbabayevanın "Qəlbinə yol" mahnısından, eləcə də, xarici ifaçılardan, 1990-cı ildə işıq üzü görən Roxette qrupunun "İt must haven been love" adlı mahnısından danışıldı və kliplər nümayiş olundu.

Növbəti verilişdə isə insan niyə ruh halını əks etdirən musiqini dinləməyi xoşladığı barədə danışılacaq və Sandranın "Mariya Maqdalena", Tarkanın "Uzun incə bir yoldayam" və digər tanınmışların mahnıları və onlara çəkilən kliplər nümayiş olunacaq.

Verilişi aparıcısı Kənan İsmayıl təqdim edir.
 
İnformasiya dəstəyi -  Milli.Az