Elnarə Dadaşovanın 70 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib

30 Yanvar 2023 16:57

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovanın 70 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.

Gecədə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Solistlər Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova (soprano), Respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano),  Fəxri Kazım-Nicatın (tenor) ifasında bəstəkarın əsərləri səsləndirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az