28 kq arıqlayan türk aktrisa indiki halı ilə heyran etdi - FOTO

30 Yanvar 2023 16:11

Türkiyəli aktrisa Elçin Afacan yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə yayımlanan "Bir aile hikayesi" serialında Beste roluna görə 20 kiloqram çəki alan aktrisa bu çəkidən qurtulub. Belə ki, hazırda "Çöp adam" serialında çəkilən Afacan bir il ərzində 28 kilo arıqlayıb.

Daha sağlam yaşamaq üçün arıqlamağa qərar verdiyini bildirən aktrisa "Artıq çəkimdən narazı deyildim, o halımı və bu halımı çox sevirəm" deyib.

Dietoloqun köməyi ilə artıq çəkidən xilas olan Elçin karbohidrat, şəkər və qlüteni həyatından tamamilə çıxardığını bildirib. Onun sözlərinə görə, əsasən, ət və tərəvəz yeyir, gündə ən az 10 min addım atır.

Qeyd edək ki, 32 yaşlı aktrisa bir çox məşhur seriallarda rol alıb. O. "İçerde", "Deli gönül", "Sen çal kapımı", "Seni kalbime sakladım" seriallarında da iştirak edib.

Milli.Az