Bağçaya tələsən qadın avtomobili piyadaların üzərinə sürdü - VİDEO

30 Yanvar 2023 19:40

Rusiyada, Yekaterinburqda "Chevrolet Aveo" markalı avtomobillə piyada izdihamını vuran 20 yaşlı qız videoya düşüb.

Milli.Az bildirir ki, yanvarın 29-u video "112" Telegram kanalı tərəfindən yayımlanıb.

Kadrlarda tünd rəngli avtomobilin yol ayrıcını necə tərk etdiyi, digər avtomobildən yayınmağa çalışdığı və səkiyə çırpıldığı görünüb. Avtomobil yol nişanına çırpılıb və ətrafdakı dörd nəfəri vurub.

Məlumata görə, hadisə Qotvald küçəsində baş verib. Gənc rus qadın işıqforun qırmızı işığında keçmək qərarına gəlib və başqa sürücünü görməyib. Zərərçəkənlərdən biri biri 17 yaşlı yeniyetmədir.

Sürücü qız bağçaya tələsdiyini deyib.

İrfan Vəliyev
Milli.Az