Kedmi Solovyovu susdurdu - VİDEO

30 Yanvar 2023 19:20

İsrailli politoloq Yakov Kedmi rusiyalı teleaparıcı Vladimir Solovyovla tok-şou zamanı mübahisə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Kremlin siyasətini dəstəkləməsinə baxmayaraq, Kedmi Rusiyanın təkcə Ukraynaya deyil, NATO-ya qarşı mübarizə aparması fikrini ələ salıb.

"Tanklar haqqında, silah göndərilməsi barədə danışmaq istəyirsiniz? Deyim: SSRİ Misir və Suriyaya nə qədər silah verdi? Sizin zabitiniz hər batalyonda otururdu. Sovet ordusunun Baş Qərargahı onların əməliyyatlarını planlaşdırırdı. Biz demişik ki, bu, sizinlə müharibədir? Yox! Heç vaxt! Bu, İsrailin Misirlə müharibəsi idi. Sovet İttifaqı isə Misirə silah verirdi. SSRİ-nin silah verməklə İsrailə qarşı müharibə apardığını heç kim demədi. Bir çox ölkə kiməsə silah verir, amma bu, onların müharibədə iştirak etməsi deyil. Məsləhətçilər iştirak etdikdə belə, bu, müharibədə iştirak sayılmır. Vuruşduğum Misir ordusunun hər batalyonunda bir sovet zabiti var idi. Amma bu, SSRİ ilə müharibə deyildi. Dünyada heç kim bunu İsraillə SSRİ arasında müharibə kimi qiymətləndirmirdi!", - o bildirib.

Milli.Az