Rusiyada meyvə-tərəvəz BÖHRANI: heç nə tapılmır - VİDEO

30 Yanvar 2023 14:18

Rusiyanın 3-cü ən böyük şəhəri olan Novosibirskin ərzaq mağazalarında, topdan satış məntəqələrində mevə-tərəvəz yoxa çıxıb.

Milli.Az bildirir ki, bu barədə lent.az-a şəhərdə yaşayan həmyerlilərimiz məlumat veriblər. Onların sözlərinə görə, bu gün səhərdən şəhərdə qıtlıq yaranıb. Bu isə Rusiyada artıq böhranın ilk əlamətləri kimi qiymətləndirilir.

İş o yerə çatıb ki, boş piştaxtaları görən Novosibirsk sakinləri etiraz etməyə başlayıblar.

Milli.Az