Aygün Kazımova üçün sürpriz hədiyyə - Heykəli hazırlandı

30 Yanvar 2023 13:12

"Həyatımda bu da oldu, bunu da yaşadım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkədəki paylaşımında yazıb. Müğənni Əməkdar artist Dilarə Əliyevanın "Söhbət var" verilişində onun üçün etdiyi sürprizdən bəhs edib.

Pop diva bildirib ki, aktrisa onun heykəlini düzəltdirib:

"Hər zaman ilkləri mən edirdim. Amma bu ilk teleməkanda sənin adına yazıldı, əzizim Dilarə. Aylarla bu büstü hazırlayıblar". 

Milli.Az